...

ARDNŞ Türkiyədə neft məhsullarının reallaşdırılması üzrə şirkət yaradır

Energetika Materials 23 İyun 2012 15:12 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın perspektivdə Türkiyədə neft məhsullarının reallaşdırılması üzrə şirkət yaratmağı planlaşdırır.
ARDNŞ Türkiyədə neft məhsullarının reallaşdırılması üzrə şirkət yaradır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın perspektivdə Türkiyədə neft məhsullarının reallaşdırılması üzrə şirkət yaratmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdə bildirib.

"Şirkət yaxın perspektivdə Türkiyədə 15 milyard dollara yaxın investisiya yatırmağı planlaşdırır", - Qasımov deyib.

Onun sözlərinə görə, bu məbləğdən 5-6 milyard manatı İzmirdəki "Star" neft emalı zavodunun tikintisinə, qalan hissə isə Trans-Anadolu qaz kəmərinin həyata keçirilməsinə, "Petkim" konteyner limanının yenidən qurulmasına, elektrik stansiyalarının tikintisinə, habelə neft məhsullarının reallaşdırılması üzrə şirkətin yaradılmasına ayırmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti