...

Azərbaycanda ilin beş ayı ərzində 527 km uzunluğunda qaz kəməri çəkilib

Energetika Materials 25 İyun 2012 18:03 (UTC +04:00)
2012-ci ilin yanvar-may aylarında "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 526,8 kilometr uzunluğunda qaz kəməri çəkilib ki, bunun da 22,4 kilometri Bakı şəhərinin, 503 kilometri regionların, 1,4 kilometri isə magistral qaz kəmərlərinin payına düşüb.
Azərbaycanda ilin beş ayı ərzində 527 km uzunluğunda qaz kəməri çəkilib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

2012-ci ilin yanvar-may aylarında "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 526,8 kilometr uzunluğunda qaz kəməri çəkilib ki, bunun da 22,4 kilometri Bakı şəhərinin, 503 kilometri regionların, 1,4 kilometri isə magistral qaz kəmərlərinin payına düşüb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, beləliklə, İB-nin fəaliyyət göstərdiyi dövrdə quraşdırılmış yeni qaz kəmərlərinin uzunluğu 10321,8 kilometrə (o cümlədən Bakı şəhərində 612,2 km, regionlarda 9541,1 km, magistral qaz kəmərləri üzrə 168,5 km) çatdırılıb.

Bundan başqa, İB tərəfindən 2012-ci ilin 5 ayında ümumi uzunluğu 259,3 kilometr qaz kəməri əsaslı təmir olunub. Təmir işləri Bakı şəhəri üzrə 103,7 kilometr, regionlar üzrə 134 kilometr, magistral qaz kəmərləri üzrə isə 21,6 kilometr qaz xəttini əhatə edib.

Xəbər lenti

Xəbər lenti