...

Azərbaycan şirkəti İsraildə qazma işlərinə hazırlaşır

Energetika Materials 29 İyun 2012 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/

İsrailin dəniz şelfindəki "Şemen" perspektiv strukturunun işlənməsi layihəsi çərçivəsində qazma işlərinə hazırlıq görülür. Azərbaycanın "Caspian Drilling Company Ltd" (CDC) şirkəti layihədə operator qismində çıxış edir. Bu barədə cümə günü Trend-ə şirkətdəki mənbə bildirib.

"Strukturda qazma işləri hələ başlamayıb, bu prosesə hazırlıq görülür", - mənbə qeyd edib.

Mənbə qazma işlərinin dəqiq tarixini açıqlamayıb.

Bu, Azərbaycan şirkətinin xaricdə perspektiv strukturun kəşfiyyatı və işlənməsi üzrə operator qismində çıxış etdiyi ilk layihədir.

CDC layihəsi çərçivəsində İsrailin "ACC Holdings International" və "B"H Shemen Oil and Gas exploration "2010" Ltd (ACC Group) şirkətləri hələ ötən il əsas prinsiplər üzrə saziş imzalayıblar.

Xəbər lenti

Xəbər lenti