...

ARDNŞ quru ərazilərin layihəsi üzrə ekoloji sənədin hazırlığına başlayıb

Energetika Materials 1 Avqust 2012 18:30 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi ARDNŞ və "ConocoPhillips Exploration Azerbaijan Ltd" arasında Azərbaycanda quruda 2D seysmik işlər üzrə birgə tədqiqatın ətraf mühitə təsirinin qiymətləndirilməsi layihə sənədinin işlənilməsinə başlayıb.
ARDNŞ quru ərazilərin layihəsi üzrə ekoloji sənədin hazırlığına başlayıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi ARDNŞ və "ConocoPhillips Exploration Azerbaijan Ltd" arasında Azərbaycanda quruda 2D seysmik işlər üzrə birgə tədqiqatın ətraf mühitə təsirinin qiymətləndirilməsi layihə sənədinin işlənilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İdarənin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, ikiölçülü araşdırmaların aparılması tərəflər arasında imzalanan birgə tədqiqatlar haqqında sazişin bir hissəsidir. Qanunvericilik aktlarına uyğun olaraq ikiölçülü tədqiqatların aparılması üçün layihə sənədinin hazırlanması lazımdır.

İdarə "ConocoPhillips"in elan etdiyi layihə sənədinin hazırlanması üzrə tenderin qalibi olub. Müqavilə sahəsi təqribən 8 kvadratkilometrdir və Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Mərəzə, Kürdəmir, Ağsu, Göyçay, Yevlax və Mingəçeviri əhatə edir.

Xəbər lenti

Xəbər lenti