...

Azərbaycanın enerji operatoru kapitalını təxminən 13 faiz artırır

Energetika Materials 13 Avqust 2012 17:18 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərenerji" ASC dövlət şirkətinin ümumi məbləği 200,46 milyon manat olan sadə sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın enerji operatoru kapitalını təxminən 13 faiz artırır

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərenerji" ASC dövlət şirkətinin ümumi məbləği 200,46 milyon manat olan sadə sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə Komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 10,023 milyon səhm buraxılıb.

Komitənin məlumatında bildirilir ki, beləliklə şirkətin nizamnamə kapitalı 1,56 milyard manatdan 1,76 milyard manatadək artacaq.

Xəbər lenti

Xəbər lenti