...

SOCAR Turkey Energy: Azərbaycan qazının Türkiyəyə ixracı ən ucuz və stabildir

Energetika Materials 27 Avqust 2012 11:07 (UTC +04:00)
Türkiyəyə qazın ən ucuz və stabil nəqli Azərbaycandan həyata keçirilir.
SOCAR Turkey Energy: Azərbaycan qazının Türkiyəyə ixracı ən ucuz və stabildir

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyəyə qazın ən ucuz və stabil nəqli Azərbaycandan həyata keçirilir. Trend-in məlumatına görə, bu barədə SOCAR Turkey Energy-nin rəhbəri, Petkim neft-kimya kompleksinin idarə heyətinin üzvü Kənan Yavuz Türkiyənin "Para Dergisi" jurnalına müsahibəsində bildirib.

"Bu gün İrandan Türkiyəyə bir kubmetr qazın ixracı 500 dollara başa gəlir. Rusiyadan idxal olunan qaz İran qazından 30 faiz, Azərbaycan qazı isə 40 faiz ucuzdur", - Yavuz deyib.

Onun sözlərinə görə, TANAP (Trans-Anadolu qaz kəməri) layihəsinin reallaşdırılmasından sonra Türkiyə Azərbaycandan daha altı milyard kubmetr qaz almağa başlayacaq. Zərurət olarsa, Azərbaycandan Türkiyəyə qaz idxalı artırılacaq.

Bu gün Türkiyə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə qaz alır. Müqaviləyə görə, yatağın işlənməsinin birinci mərhələsində Türkiyə 6,6 milyard kubmetr, ikinci mərhələdə isə daha altı milyard kubmetr qaz alacaq.

Xəbər lenti

Xəbər lenti