...

Azərbaycanda müasir neft-kimya laboratoriyası istismara veriləcək

Energetika Materials 28 Avqust 2012 14:46 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilin sonunadək müasir neft-kimya laboratoriyasını istismara verməyə hazırlaşır.
Azərbaycanda müasir neft-kimya laboratoriyası istismara veriləcək

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilin sonunadək müasir neft-kimya laboratoriyasını istismara verməyə hazırlaşır. Bu barədə çərşənbə axşamı Trend-də Dövlət Komitəsindən bildiriblər.

Yeni laboratoriya Sumqayıt şəhərində yerləşəcək. O, müasir avadanlıq, texnologiya və reagentlərlə təchiz olunacaq. Laboratoriyada yüksək ixtisaslı mütəxəssislər çalışacaq və onlar öz biliklərini treninq və kurslarda daim təkmilləşdirəcəklər.

"Laboratoriyanın yaradılması üzrə işlər davam edir. Plana uyğun olaraq işlər ilin sonunda başa çatacaq", - Komitədən bildiriblər.

Laboratoriyada qara və əlvan neft məhsullarının tədqiqi aparılacaq, eləcə də müxtəlif növ, o cümlədən spektral analizlər həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirmişdi ki, belə laboratoriyanın yaradılması respublikada istehsal olunan neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti