...

Azərbaycanda kimyaçıların yay istirahətinə xüsusi diqqət yetirilir

Energetika Materials 30 Avqust 2012 13:04 (UTC +04:00)
İnsan amilinin əsas tutularaq, hər bir əməkçinin sağlamlığının qorunması, əmək və məişət şəraitinin yaxşılaşdırılması, istirahətinin təşkili məsələlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyində kimyaçıların yay istirahətinin təşkilinə də xüsusi qayğı ilə yanaşılır.
Azərbaycanda kimyaçıların yay istirahətinə xüsusi diqqət yetirilir

Azərbaycan, Bakı, 30 avqust /Trend/

İnsan amilinin əsas tutularaq, hər bir əməkçinin sağlamlığının qorunması, əmək və məişət şəraitinin yaxşılaşdırılması, istirahətinin təşkili məsələlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyində kimyaçıların yay istirahətinin təşkilinə də xüsusi qayğı ilə yanaşılır.

Əməkçilərin arzu və təklifləri nəzərə alınaraq, Birliyin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə onların respublikamızın ən səfalı guşələrindən olan İsmayıllının, Lerikin, Balakənin, Qubanın, Qusar və Xaçmazın istirahət mərkəzlərində dincəlmələri təmin edilib.

Yay mövsümünün əvvəlindən etibarən Həmkarlar İttifaqının yollayışları əsasında kimyaçılar ailəsinin 400 nəfərdən artıq üzvü Xəzərin meşəli sahillərində və səfalı dağlar qoynunda istirahət edə biliblər.

ARDNŞ-nin müvafiq strukturları tərəfindən kimyaçıların istirahət zonalarına gedişi, onların istirahətinin mənalı təşkili, sağlamlıqlarının möhkəmləndirilməsi, məişət-iaşə xidmətinin və digər məsələlərin yüksək səviyyədə qurulması kimyaçıların öz iş yerlərinə yeni qüvvə və enerji, nikbin bir ovqatla qayıtmalarına səbəb olub.

Xəbər lenti

Xəbər lenti