...

"Azərikimya"da MDU-nun Bakı filialının istehsalat təcrübəsi keçən tələbələri ilə görüş olub

Energetika Materials 30 Avqust 2012 15:18 (UTC +04:00)
Respublikanın ali təhsil müəssisələrində gələcək kimyaçı-mütəxəssislərin yüksək səviyyədə hazırlığına, neft-kimya sənayesinə perspektivli gənc mütəxəssislərin cəlb edilməsinə xüsusi diqqət yetirən "Azərikimya" İstehsalat Birliyinin konfrans zalında M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Sumqayıtın kimya müəssisələrində növbəti istehsalat təcrübəsi keçən tələbələri ilə Birlik rəhbərliyinin görüşü olub.
"Azərikimya"da MDU-nun Bakı filialının istehsalat təcrübəsi keçən tələbələri ilə görüş olub

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Respublikanın ali təhsil müəssisələrində gələcək kimyaçı-mütəxəssislərin yüksək səviyyədə hazırlığına, neft-kimya sənayesinə perspektivli gənc mütəxəssislərin cəlb edilməsinə xüsusi diqqət yetirən "Azərikimya" İstehsalat Birliyinin konfrans zalında M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Sumqayıtın kimya müəssisələrində növbəti istehsalat təcrübəsi keçən tələbələri ilə Birlik rəhbərliyinin görüşü olub.

İB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı "Azərikimya" müəssisələrinin istehsalat fəaliyyəti, son iki ildə aparılan yeniləşmə və modernləşdirmə tədbirləri, müasir avadanlıqların və yeni texnologiyaların tətbiqi və neft-kimya sənayesinin perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı, regionda ilk azot gübrəsi - Karbamid zavodu, bütünlüklə yerli xammal əsasında fəaliyyət göstərəcək polipropilen zavodu haqqında geniş məlumat verilib.

Dialoq şəklində keçən görüş zamanı bu günün və sabahın kimya sənayesi üçün prioritet xarakter daşıyan daha bir məsələ - yeniləşməkdə, müasir tələblərə uyğun şəkildə yaradılmaqda olan yeni istehsalat sahələrini bacarıqla idarə edə biləcək kadrların hazırlanması ilə bağlı Birliyin kadr siyasəti barədə də söhbət aparılıb.

Birliyin rəhbərliyi kimya istehsalatı, ekologiyanın qorunması və perspektiv planlarla bağlı tələbələri maraqlandıran çoxsaylı suallara cavab verib.

Gələcək kimyaçılar və onların kurs rəhbəri istehsalat təcrübəsinin səmərəli təşkilinə, göstərilən diqqət və qayğıya görə Birlik rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti