...

Bakı payız-qış mövsümünə hazırlaşır

Energetika Materials 1 Oktyabr 2012 20:15 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, rayonun Nemanzadə, Salyan yolu, E.İsmayılov küçələrində qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni qaz xətləri çəkilib, Tağıyev küçəsi 16/18, 3-cü Salyan, Ö.Daşdəmirov, Əliyarbəyov küçəsi 4/6, Rostropoviç küçəsi 1, Xanlar küçəsi 24 və 52 ünvanlarında siyirtmələr dəyişdirilib. Bundan başqa, Lomonosov və H.Əliyev küçələrində yeni qaztənzimləyici şkaflar quraşdırılıb.
Bakı payız-qış mövsümünə hazırlaşır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bakı şəhərinin Səbail rayonunda payız-qış mövsümünə hazırlıq işləri başa çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, rayonun Nemanzadə, Salyan yolu, E.İsmayılov küçələrində qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni qaz xətləri çəkilib, Tağıyev küçəsi 16/18, 3-cü Salyan, Ö.Daşdəmirov, Əliyarbəyov küçəsi 4/6, Rostropoviç küçəsi 1, Xanlar küçəsi 24 və 52 ünvanlarında siyirtmələr dəyişdirilib. Bundan başqa, Lomonosov və H.Əliyev küçələrində yeni qaztənzimləyici şkaflar quraşdırılıb.

Nərimanov rayonunun "Çermet" qəsəbəsində orta təzyiqli yeraltı qaz xəttinin yol keçidi dəyişdirilib və siyirtmə quraşdırılıb. N.Quliyev, Kazımzadə, Qarabağ, C.Hacıbəyli və Ə.Əlizadə küçələrində Xətai prospekti ilə keçən qaz xəttinin yeraltı hissəsi dəyişdirilib. Xəlil Rza Ulutürk küçəsi 10, Hidayətzadə küçəsi 3, İ.Dadaşov küçəsi 35 ünvanlarında və Ü.Bünyadzadə küçəsində qaz xətləri çəkilib, qaztənzimləyici şkaflar və siyirtmələr quraşdırılıb, əhaliyə yeni şəbəkə və avadanlıq vasitəsilə qaz verilib.

Yasamal rayonunda M.Seyidov küçəsində - Bakı Dövlət Universitetinin yataqxanalarının həyətində, N.Nərimanov küçəsi və B.Səfərov küçələrinin kəsişməsində, 592-ci məhəllədə və 2-ci Alatava qəsəbəsində Dairəvi yolun kənarındakı qaztənzimləyici şkaflar yeniləri ilə əvəz edilib. Şərifzadə küçəsində 241 saylı binanın yanında orta təzyiqli qaz xəttinin üzərində olan istismara yararsız siyirtmə yenisi ilə əvəz edilib.

Payız-qış mövsümünə hazırlıq işləri Binəqədi rayonunda da başa çatıb. 7-ci mikrorayonda 11/35 və 13/35 saylı yaşayış binalarının arasında qaz kəməri təmir edilib, Xocahəsən qəsəbəsində korroziyaya uğramış orta təzyiqli qaz xətti ləğv olunaraq yeni qaz xətti çəkilib, qəsəbənin H.Sultanov küçəsindəki 159 mm-lik orta təzyiqli qaz xəttinin döngələrə çəkilmiş qaz xətləri üzərində və Binəqədi qəsəbəsi Gülüstan yaşayış massivi 9, 10, və 15 ünvanlarında qaztənzimləyici şkaflar quraşdırılıb. Rayonun UPD adlanan yaşayış sahəsində yarımçıq qalmış qaz kəmərinin tamamlanması üçün aşağı təzyiqli qaz xətti, Binəqədi kəndinin Ramazanov küçəsində aşağı təzyiqli əlaqələndirici qaz xətti, Sulutəpə qəsəbəsində Dəyirman yolunda və 3-cü Mədən ərazisində aşağı təzyiqli istismara yararsız qaz xəttləri yeniləri ilə əvəz olunub, 1 May qəsəbəsində orta təzyiqli istismara yararsız yeraltı qaz xətti dəyişdirilib, M.Ə.Rəsulzadə qəsəbəsi Məlikov küçəsində fərdi yaşayış evlərinin ərazisindən keçən aşağı təzyiqli istismara yararsız yeraltı qaz xətti yerüstü qaz xətti ilə dəyişdirilib.

Nəsimi rayonu A.Əliyev küçəsi 7 saylı binanın yaxınlığında və Ə.Topçubaşov küçəsi 23 ünvanında qaztənzimləyici şkaflar quraşdırılıb, Nizami küçəsi 100 ünvanında aşınmaya məruz qalmış aşağı təzyiqli yeraltı qaz kəməri ləğv olunraq yenisi çəkilib. Mərdanov qardaşları küçəsinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə B.Məcidov küçəsindən S.Salayev küçəsinə qədər dairəvi yeni qaz kəməri çəkilib. Akademik H.Əliyev küçəsi, 1-ci döngə ünvanında yerüstü qaz kəməri üzərində quraşdırılmış köhnə qaztənzimləyici şkaf və 20 Yanvar küçəsi 22 ünvanında aşağı təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmə yenisi ilə əvəz olunub.

Suraxanı rayonunda da payız-qış mövsümünə hazırlıq işləri sürətlə davam etdirilir. Rayonun Zığ kəndində yeni salınmış yaşayış sahəsinə ilk dəfə təbii qaz verilib. Qaraçuxur qəsəbəsi V.Quliyev, Vağzal, Q.Vəliyev, Y.Əliyev, R.Əlican küçələrinin qazlaşdırılması istiqamətində işlər tamamlanıb, 1-ci Mədən və S.Əliyev küçələrində qaz kəmərləri əsaslı təmir edilib.

Xəbər lenti

Xəbər lenti