...

Fransa senatorları Dövlət Neft Fondunun fəaliyyəti ilə maraqlanıblar

Energetika Materials 2 Oktyabr 2012 15:53 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Fransa Senatının enerji üzrə araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Fransa senatorları Dövlət Neft Fondunun fəaliyyəti ilə maraqlanıblar

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Fransa Senatının enerji üzrə araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən Trend-ə verilən məlumata görə, Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib.

Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin ölkənin inkişafı üçün əhəmiyyəti xüsusi vurğulanıb, həmçinin Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edilib.

Görüşün sonunda Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti

Xəbər lenti