...

Türkiyə Energetika Nazirliyi: Bakı-Tbilisi-Ərzurum qaz kəmərindəki partlayış terror aktı olub

Energetika Materials 4 Oktyabr 2012 12:49 (UTC +04:00)
Dünən gecə Azərbaycan qazını Türkiyəyə ixrac edən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində partlayış terror aktı nəticəsində baş verib.
Türkiyə Energetika Nazirliyi: Bakı-Tbilisi-Ərzurum qaz kəmərindəki partlayış terror aktı olub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Dünən gecə Azərbaycan qazını Türkiyəyə ixrac edən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində partlayış terror aktı nəticəsində baş verib. Bu barədə cümə axşamı Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, partlayış nəticəsində Azərbaycandan qaz tədarükü dayandırılıb. Lakin Türkiyə ölkədə təbii qaz qıtlığı olmadığından başqa ölkələrdən qaz tədarükünü artırmaq fikrində deyil.

Azərbaycandan tədarükə gəldikdə, nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli 7-10 gün ərzində bərpa ediləcək.

Xəbər lenti

Xəbər lenti