...

Azərbaycan neftinin qiymətləri: 1-5 oktyabr həftəsinin yekunları

Energetika Materials 6 Oktyabr 2012 13:58 (UTC +04:00)
1-5 oktyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti
Azərbaycan neftinin qiymətləri: 1-5 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.İsmayılov/

1-5 oktyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 112,98 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 1,44 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 1-5 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 114,51, minimum isə 110,75 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

1-5 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 108,6 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,26 dollar/barel çoxdur.

1-5 oktyabr həftəsində URALS-ın qiyməti maksimum 109,79, minimum isə 106,2 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

1-5 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 111,41 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,31 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 112,38, minimum isə 109,33 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti