...

Azərbaycanın başqa yataqlarından hasil ediləcək qaz “Cənub qaz dəhlizi” üçün əlavə xammal ola bilər

Energetika Materials 16 Oktyabr 2012 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend, müxbir E.İsmayılov /

"Cənub qaz dəhlizi" üçün əlavə resurs bazası Azərbaycanın Xəzərdəki başqa yataqlarından hasil ediləcək qaz ola bilər. Trend-in məlumatına görə, bu barədə Britaniyanın BP şirkətinin nəqletmə bölməsinin maliyyə xidmətinin rəhbəri Ernesto Daza çərşənbə axşamı Bakıda keçirilən VI Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında bildirib.

"Hazırda "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun dərin qaz yataqlarının işlənməsi ilə bağlı danışıqlar aparılır", - Daza deyib.

Bu qazın işlənməsi tarixi 2020-ci ilə gəlib çata bilər. Bu, kəşfi 2011-ci ildə elan edilən yeni "Abşeron" qaz yatağının işlənməsi tarixi ilə eyni vaxta düşür.

Dazanın sözlərinə görə, "Abşeron" yatağı, həmçinin əhəmiyyətli ehtiyatlara və böyük perspektivlərə malik ola bilər.

O bildirib ki, yuxarıda göstərilən yataqlardakı qaz "Cənub qaz dəhlizi" üçün əlavə resurs bazası ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti