...

Rusiya Ermənistana qaz tədarükünü artırıb

Energetika Materials 19 Oktyabr 2012 17:26 (UTC +04:00)
Rusiya cari ilin 9 ayı ərzində Ermənistana 1,322 milyard kubmetr qaz tədarük edib.
Rusiya Ermənistana qaz tədarükünü artırıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Rusiya cari ilin 9 ayı ərzində Ermənistana 1,322 milyard kubmetr qaz tədarük edib. Bu rəqəm ötən ilin analoji dövr göstəricisindən 24,3 faiz çoxdur. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Hesabat dövründə respublikada qazın reallaşdırılması da 12,3 faiz artaraq 1,128,2 milyard kubmetrə çatıb. 2011-ci illə müqayisədə əhali tərəfindən təbii qazın istehlak həcmi 11,8 faiz artaraq 396,2 milyon kubmetrə, enerji sektorunda 42 faiz artaraq 132,5 milyon kubmetrə, sənayedə isə 4,2 faiz artaraq 181,1 milyon kubmetrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti