...

Göyçay rayonunun daha iki kəndinə təbii qaz verildi

Energetika Materials 20 Oktyabr 2012 13:51 (UTC +04:00)
Bu gün Göyçay rayonunun Kürdəmiş və Türkmən kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Göyçay rayonunun daha iki kəndinə təbii qaz verildi

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Bu gün Göyçay rayonunun Kürdəmiş və Türkmən kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Göyçay rayonunun Kürdəmiş və Türkmən kəndlərinin təbii qazla təchiz edilməsi üçün ümumi uzunluğu 12995 metr olan müxtəlif diametrli polietilen və polad borulardan istifadə edilib. Təbii qaz mənbəyi kimi həmin ərazidən keçən 200 mm-lik yeraltı polietilen qaz xəttinin götürülməsi nəzərdə tutulub. Birləşmə nöqtəsindən Kürdəmiş kəndinə 9800 metr uzunluğunda daşıyıcı qaz kəmərləri çəkilib. Kənd ərazisi 5473 metr metr uzunluğunda dairəvi polietilen boru ilə əhatə edilib.

Yardımçı küçələrə ümumilikdə 912 metr uzunluğunda 110 mm-lik polietilen boru, dalanlara isə 60 metr uzunluğunda 63 mm-lik polietilen borular çəkilib. Hər bir evin qarşısına ümumi uzunluğu 2555 metr olan 32 mm-lik polad borularla çıxışlar verilib. Çıxışlara sayğaclar quraşdırılıb və dövlət proqramına əsasən, sayğaclardan evlərin mətbəxinə kimi Birliyin hesabına qaz xətləri çəkilib.

Kürdəmiş kəndində 283, Türkmən kəndində isə 65 ədəd qaz sayğacı quraşdırılıb. Gələcəkdə tikilməsi nəzərdə tutulan ərazilərə də qaz xətlərindən çıxışlar verilib, büdcədən maliyyələşən qeyri-əhali kateqoriyasına aid məktəblər, xəstəxana və sosial xarakterli digər istehlakçıların qazlaşdırılması nəzərdə tutulub, bunun üçün zəruri tədbirlər görülüb. Həmin müəssisələr müvafiq sənədləşdirilmə işləri başa çatdırıldıqdan sonra təbii qazla təmin ediləcək.

Qeyd olunub ki, gələcəkdə rayonun Bığır, Cəyirlivə Qubadlışıxlı kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti