...

ARDNŞ və Dünya Bankı səmt qazının yandırılmasının azaldılması sahəsində saziş imzalayıblar (FOTO)

Energetika Materials 4 Fevral 2013 17:24 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Dünya Bankı (DB) bazar ertəsi şirkətlə "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) təşkilatı arasında əməkdaşlığın dördüncü mərhələsi üzrə inzibati saziş imzalayıblar.
ARDNŞ və Dünya Bankı səmt qazının yandırılmasının azaldılması sahəsində saziş imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir A.Axundov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Dünya Bankı (DB) bazar ertəsi şirkətlə "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) təşkilatı arasında əməkdaşlığın dördüncü mərhələsi üzrə inzibati saziş imzalayıblar.

Trend-in məlumatına görə, sazişi ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşenko imzalayıblar.

İmzalanmanın gedişində qeyd edildiyi kimi, ARDNŞ-nin layihəsinin reallaşdırılması nəticəsində 500 milyon kubmetrdən artıq səmt qazının toplanaraq istehlakçılara çatdırılmasına nail olunub, beləliklə də səkkiz milyon kubmetr karbon qazının atılmasının qarşısı alınıb.

GGFR əməkdaşlığın yeni mərhələsi çərçivəsində səmt qazının yandırılması həcmləri üzrə işbirliyini, eləcə də ARDNŞ ilə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokundan çıxan səmt qazının mümkün istifadəsinə dair dialoqu davam etdirəcək. Bundan başqa, GGFR ARDNŞ-yə və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə səmt qazının yandırılması həcmlərinin azaldılması üzrə qanunvericiliyin inkişafını və mexanizmlərini tənzimləməkdə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti