...

İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 6 Fevral 2013 12:42 (UTC +04:00)
Bu gün İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Bu gün İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend "Azəriqaz" İB-yə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq 6 fevral 2013-cü il tarixdə saat 10:00-dan 17:00-dək "Talıstan" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İsmayıllı şəhərinin bir hissəsi daxil olmaqla rayonun Talıstan kəndinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti