...

Azərbaycan və Rusiya qaz tədarükü üzrə saziş imzalayacaqlar

Energetika Materials 6 Fevral 2013 16:11 (UTC +04:00)
Azərbaycan və Rusiya fevral ayında 2013-cü il üçün Azərbaycan qazının tədarükünə dair saziş imzalayacaqlar.
Azərbaycan və Rusiya qaz tədarükü üzrə saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiya fevral ayında 2013-cü il üçün Azərbaycan qazının tədarükünə dair saziş imzalayacaqlar.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında deyib.

"2012-ci il üçün proqnoza əsasən, Azərbaycan qazının ixracatı 3 milyard kubmetr həcmində nəzərdə tutulurdu, reallıqda isə həcm 2 milyard kubmetr olub. Fevralda bu il üçün saziş imzalanacaq. Sazişdə hər iki tərəfi qane edən şərtlər qeyd olunacaq", - Doroxin vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti