...

Bakının iki rayonunun qaz təchizatında məhdudiyyətlər var

Energetika Materials 7 Fevral 2013 12:26 (UTC +04:00)
Təmir işləri aparılan müddətdə Xızı rayonunun Köhnə Yaşma kəndinə, həmçinin Səbail və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bakının iki rayonunun qaz təchizatında məhdudiyyətlər var

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.İsmayılov/

Bakının iki rayonunun qaz təchizatında məhdudiyyətlər var.

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq fevralın 7-də saat 10:00-dan 15:00-dək "Yaşma" avtomatik qazpaylayıcı stansiyasından Köhnə Yaşma kəndinə gedən orta təzyiqli qaz kəmərində, saat 14:30-dan isə "Mədən" qazpaylayıcı stansiyasından qidalanan "Yeni Bakqaz" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xızı rayonunun Köhnə Yaşma kəndinə, həmçinin Səbail və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti