...

Taner Yıldız: Türkiyə İrandan karbohidrogenlərin idxalını davam etdirəcək

Energetika Materials 8 Fevral 2013 10:03 (UTC +04:00)
Türkiyə iki ölkə arasında bir sıra fikir ayrılıqlarının mövcud olmasına baxmayaraq, İrandan karbohidrogenlərin idxalını davam etdirəcək. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.
Taner Yıldız: Türkiyə İrandan karbohidrogenlərin idxalını davam etdirəcək

Azərbaycan, Bakı, 8 fevral / Trend, müxbir A.Tağıyeva /

Türkiyə iki ölkə arasında bir sıra fikir ayrılıqlarının mövcud olmasına baxmayaraq, İrandan karbohidrogenlərin idxalını davam etdirəcək. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə günü "Anadolu" agentliyi yayıb.

"Türkiyə və İran qardaş ölkələrdir, bir sıra məsələlərdə bizim fikirlərimiz haçalana bilər, lakin bu, bizim energetika sahəsində əməkdaşlığımıza heç cür təsir göstərə bilməz", - Yıldız deyib.

Nazirin sözlərinə görə, Türkiyənin təbii qaza olan tələbatının beşdə biri İrandan idxal vasitəsilə təmin olunur. Ona görə də Qərbin İrana qarşı sanksiyaları bu ölkədən qaz idxalına təsir etmir.

Xatırladaq ki, ötən ilin martında Türkiyə İran qazının qiyməti ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti