...

İnfrastrukturun yaradılması Azərbaycanda qaz hasilatına investisiyaların cəlbediciliyini artıracaq

Energetika Materials 12 Fevral 2013 13:47 (UTC +04:00)
Azərbaycan qazının Avropaya tədarükünün həcmi istehlakçı ölkələrin siyasi iradəsindən asılıdır.
İnfrastrukturun yaradılması Azərbaycanda qaz hasilatına investisiyaların cəlbediciliyini artıracaq

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan qazının Avropaya tədarükünün həcmi istehlakçı ölkələrin siyasi iradəsindən asılıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclsin vitse-spikeri Valeh Ələsgərov çərşənbə axşamı Bakıda "Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda neft istehsalına investisiya yatırılması üçün heç bir risk yoxdur, çünki ixracat marşrutu qurulub, boru kəmərləri çəkilib.

"Belə vəziyyətin qaz istehsalında da olması lazımdır. Bu, qaz istehsalına investisiyaları cəlbedici edəcək, nəticədə qaz istehsalı həcmi artacaq", - Ələsgərov qeyd edib.

Ələsgərov dünyada neft ehtiyatlarının tükənməsi fikrini təkzib edib.

"Son 10 ildə Azərbaycanda neft hasilatı təqribən 11 faiz artıb, halbuki bu dövrdə təsdiq edilmiş ehtiyatlar 30 faiz artıb. Oxşar vəziyyət qaz istehsalında da müşahidə edilir", - vitse-spiker bildirib.

Avropa Parlamentinin Çexiyadan olan deputatı, "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin həmsədri Yiri Mastalka çərşənbə axşamı jurnalistlərə deyib ki, Azərbaycan Aİ-nin əsas tərəfdaşlarından biridir.

"Bugünkü görüşün əsas mövzusu enerji təhlükəsizliyidir. Biz mövcud layihələr üzərində işi davam etdirəcəyik. Aİ-nin bir çox ölkələri alternativ mənbələrə, o cümlədən təbii qaza tam keçməyi istərdi. Bu görüş bu baxımdan vacibdir", - Mastalka qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti