...

Yunanıstan, Albaniya və İtaliya TAP qaz kəmərinin inşası üzrə saziş imzalayacaq

Energetika Materials 13 Fevral 2013 02:47 (UTC +04:00)
Yunanıstan, Albaniya və İtaliya Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP (Trans Adriatic Pipeline) qaz kəmərinin inşası üzrə hökumətlərarası saziş imzalayacaq.
Yunanıstan, Albaniya və İtaliya TAP qaz kəmərinin inşası üzrə saziş imzalayacaq

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Yunanıstan, Albaniya və İtaliya Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP (Trans Adriatic Pipeline) qaz kəmərinin inşası üzrə hökumətlərarası saziş imzalayacaq. Bu haqda RİA Novosti xəbər verib.

Sazişi Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos, Albaniyanın baş nazirinin müavini Edmont Hacinasto və İtaliyanın iqtisadi inkişaf naziri Korrado Passera imzalayacaq. İmzalanma mərasimində, həmçinin, Azərbaycan hökumətinin və TAP üzrə konsorsiumun üzvləri olan İsveçrənin AXPO, Norveçin Statoil və Almaniyanın E.ON Ruhrgas şirkətlərinin nümayəndələri də iştirak edəcək.

Qaz xəttinin Komotini yunan şəhərindən Albaniyaya keçməsi, sonra Adriatik dənizinin dibilə İtaliyanın Brindizi limanına uzanması planlaşdırılır.

"Hazırki hesablamalara görə, qaz kəmərinin tikintisi ölkəmizə 1.5 milyard avro investisiya gətirəcək və yüzlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaq", - Yunanıstanın xarici işlər nazirliyinin məlumatında bildirilir.

TAP layihəsi Xəzər hövzəsindəki təbii qazın Yunanıstandan, Albaniyadan və Adriatik dənizindən cənuba İtaliyadan keçməklə Qərbi Avropaya daşınmasını təmin edəcək. Azərbaycanın "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsində çıxarılacaq təbii qaz isə bu layihənin əsas mənbəyi hesab olunur.

İlkin mərhələdə TAP qaz kəmərinin nəqletmə gücü ildə 10 milyadr kubmetr olacaq ki, bu rəqəmin ildə 20 milyard kubmetrə qaldırılması nəzərdə tutulur. TAP layihəsinin səhmdarları qismində İsveçrənin AXPO (42.5 faiz), Norveçin Statoil (42.5 faiz) və Almaniyanın E.ON Ruhrgas (15 faiz) şirkətləri çıxış edirlər.

TAP-ın inşası 2015, ilkin qazın nəqli isə 2018-ci ilə planlaşdırılır.

"Şahdəniz" Konsorsiumu isə qaz kəmərilə bağlı yekun qərarını 2013-cü ilin iyun ayında verəcək.

Xəbər lenti

Xəbər lenti