...

ARDNŞ Azərbaycanın qazpaylayıcı sisteminin strukturunu təkmilləşdirir

Energetika Materials 13 Fevral 2013 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin (İB) strukturunun təkmilləşdirilməsinə dair qərarına əsasən, Azərbaycan ərazisindəki magistral qaz kəmərləri ARDNŞ-nin Qaz İxrac İdarəsinin tabeliyinə verilib. Bu barədə çərşənbə günü Trend-ə İB-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, qəbul edilən qərara uyğun olaraq, daha əvvəl İB-nin tərkibində olan magistral qaz kəmərlərinin bütün sahələri Qaz İxrac İdarəsinin tərkibinə verilib.

"Bu qərar İB-nin strukturunun təkmilləşdirilməsi çərçivəsində qəbul edilib", - mənbə qeyd edib.

İB-dən deyiblər ki, müvafiq olaraq, "Azəriqaz"ın tabeliyində rayon əhəmiyyətli bütün qaz kəmərləri qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti