...

ARDNŞ quru sahənin tədqiqatı çərçivəsində ekoloji hesabat hazırlayacaq

Energetika Materials 14 Fevral 2013 10:19 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi “Total E&P Azərbaijan” şirkətinin social və ətraf mühitə təsir haqqında hesabatın hazırlanması üzrə tenderin qalibi olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in yaydığı məlumatda deyilir.
ARDNŞ quru sahənin tədqiqatı çərçivəsində ekoloji hesabat hazırlayacaq

Azərbaycan, Bakı, 14 fevral / Trend, müxbir E.İsmayılov /

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Total E&P Azərbaijan" şirkətinin sosial və ətraf mühitə təsir haqqında hesabatın hazırlanması üzrə tenderin qalibi olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, sənəd Azərbaycanda quruda geofiziki və geotexniki işlərin aparılması məqsədləri üçün vacibdir. Yaxın zamanlarda sənədin hazırlanması çərçivəsində Səngəçal qəsəbəsinin qərbində səhra tədqiqatalrına başlanacaq.
İdarə artıq sənədin hazırlanması üzrə ilkin işləri həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti