...

Gədəbəy rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 14 Fevral 2013 14:42 (UTC +04:00)
Bu gün Gədəbəy rayonunun Şınıx və Kollu kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Gədəbəy rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bu gün Gədəbəy rayonunun Şınıx və Kollu kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə bildirilib ki, ümumilikdə 171 abonenti olan Şınıx və Kollu kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16 542 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti