...

"Qazprom": Ukrayna Rusiyaya 7 milyard qalıq borcunu ödəməlidir

Energetika Materials 15 Fevral 2013 08:20 (UTC +04:00)
"Qazprom" Ukrayna ilə fəaliyyətdə olan qaz müqaviləsinin şərtlərini dəyişmək üçün müzakirələr aparmağı düşünmür və hesab edir ki, bu ölkə ötən ildən təbii qaz üçün qalmış borcunu tamamilə ödəməlidir.
"Qazprom": Ukrayna Rusiyaya 7 milyard qalıq borcunu ödəməlidir

Azərbaycan, Bakı, 15 fevral /Trend/

"Qazprom" Ukrayna ilə fəaliyyətdə olan qaz müqaviləsinin şərtlərini dəyişmək üçün müzakirələr aparmağı düşünmür və hesab edir ki, bu ölkə ötən ildən təbii qaz üçün qalmış borcunu tamamilə ödəməlidir. İTAR-TASS xəbər verir ki, bunu şirkətin sədr müavini Aleksandr Medvedev deyib.

"Heç vaxt düşünməzdik ki, Ukrayna üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıracaq. "Al və ödə" prinsipi var və bunun əsasında əgər hansısa xidmətdən istifadə etmək istəmirsənsə, istənilən halda hesablaşmalı olacaqsan" - deyə Medvedev bildirib.

"2009-cu ildə imzalanmış müqaviləyə görə, Ukraynanın milli səhmdar şirkəti "Naftoqaz" bizdən ildə 42.5 milyard kubmetr qaz almalıdır. Lakin ötən il ümumi həcmin 60 faizi reallaşdırılıb. Baxmayaraq ki, Ukrayna tərəfi bütün razılaşdırılmış həcmin onlara lazım olmadığını bildirsə də, bu, heç nəyi dəyişmir" - Medvedev əlavə edib.

O, eyni zamanda, deyib ki, bu hesab Kiyevin "Royal Datç-Şell" şirkətilə bağlanmış müqaviləyə cavab deyil. "İş ondadır ki, Ukrayna tərəfi 4 trilyon kubmetr qaz ehtiyatı olan "Yuzov" yatağının işlənməsi üçün neft-qaz nəhəngilə müqavilə imzalayıb. Bir çox şərhçilərin də rəyi ondan ibarətdir ki, bu yatağın işlənməsi nəticəsində Ukrayna Rusiyadan qaz asılılığını azalda bilər. Baş verən hadisələr isə heç bir halda əlaqəli deyil" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti