...

İraq Azərbaycan şirkətlərini elektrik stansiyasının tikintisində iştiraka dəvət edir

Energetika Materials 19 Fevral 2013 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir A.Axundov/

İraq Azərbaycan şirkətlərini "Əl-Akkaz" Qaz Elektrik Stansiyasının tikintisinə dair tenderdə iştirak etməyə dəvət edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda deyilir.

İstehsal gücü 250 meqavat olan stansiya ölkənin Ənbar əyalətində yerləşən iri "Akkaz" yatağından xammal qismində qaz istifadə edəcək. Stansiyanın tikintisi 3 ilədək vaxt tələb edir.

Tenderdə iştirak etmək istəyən şirkətlər İraqın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

Tel: +99412-538-17-34, +99412-538-17-35

Məqalədə:
Xəbər lenti

Xəbər lenti