...

"8 Mart" yatağında yeni quyu qazılır

Energetika Materials 20 Fevral 2013 16:04 (UTC +04:00)
“8 Mart” yatağındakı 730 nömrəli platformadan 732 nömrəli quyunun qazma işlərinə başlanılıb.
"8 Mart" yatağında yeni quyu qazılır

Azərbaycan, Bakı, 20 fevral /Trend/

"8 Mart" yatağındakı 730 nömrəli platformadan 732 nömrəli quyunun qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlıumat verir ki, N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə Məhsuldar Qatın VIII Horizontuna qazılan quyunun layihə dərinliyi 5800 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 40 ton kondensat, 350 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, qazma işləri "Sahil" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti