...

Azərbaycan neftinin qiymətləri fevralın 20-də azalıb

Energetika Materials 21 Fevral 2013 11:57 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 119,01 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı Trend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 1,05 dollar/barel azalıb.

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 119,01 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı Trend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 1,05 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 118,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,05 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 20-də 113,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,31 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 20-də 116,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,03 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti