...

Sabah Bakının bir sıra qəsəbələrində və Tovuzda qaz olmayacaq

Energetika Materials 21 Fevral 2013 17:19 (UTC +04:00)
Bakının Xəzər və Pirallahı rayonları, eləcə də Tovuz rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah Bakının bir sıra qəsəbələrində və Tovuzda qaz olmayacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bakının Xəzər və Pirallahı rayonları, eləcə də Tovuz rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, fevralın 22-də saat 10:00-dan 17:00-dək "Albalılıq" qazpaylayıcı stansiyasından Buzovna qəsəbəsinə gedən qaz kəmərində, saat 11:00-dan 16:00-dək "Pirallahı-Qala" qaz kəmərində, saat 11:00-dan 17:00-dək isə "Qovlar" avtomatik qazpaylayıcı stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Buzovna, Qala, Zuğulba qəsəbələrinə, Albalılıq, Xaşaxuna və Dübəndi yaşayış massivlərinə, Pirallahı rayonuna, eləcə də Tovuz rayonunun Qovlar qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti