...

ARDNŞ və "ConocoPhillips" ictimai dinləmələr keçirəcəklər

Energetika Materials 22 Fevral 2013 17:24 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "ConocoPhillips Exploration Azerbaijan Ltd" (ConocoPhillips) şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda Quruda İki Ölçülü (2D) Seysmik İşlər üzrə Birgə Tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) layihə sənədinin Azərbaycan və ingilis dillərində ilkin variantı hazırlanıb.
ARDNŞ və "ConocoPhillips" ictimai dinləmələr keçirəcəklər

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "ConocoPhillips Exploration Azerbaijan Ltd" (ConocoPhillips) şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda Quruda İki Ölçülü (2D) Seysmik İşlər üzrə Birgə Tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) layihə sənədinin Azərbaycan və ingilis dillərində ilkin variantı hazırlanıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, sənəddə ətraf mühitin ilkin vəziyyəti, sosial-iqtisadi mühit, ətraf mühitə mümkün potensial təsirlər və yumşaltma tədbirləri əksini tapıb. Layihə sənədi ilə əlaqədar ictimai rəyin öyrənilməsi və yerli icmaların təkliflərinin nəzərə alınması məqsədilə ictimai dinləmələr keçiriləcək.

İctimai dinləmələr mərkəzləşmiş qaydada layihənin əhatə etdiyi rayonlar üzrə 3 şəhərdə baş tutacaq. İctimai dinləmələr fevralın 27-də Şəki, fevralın 28-də Qəbələ, martın 1-də isə Şamaxı şəhərində keçiriləcək.

Tədbirdə ARDNŞ-nin Ekologiya İdarəsinin və "ConocoPhillips" şirkətinin mütəxəssisləri tərəfindən layihə haqqında ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq və təklifləri dinləniləcək. Layihə sənədi ilə əlaqədar bütün təklif və qeydlər [email protected] ünvanına göndərilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti