...

ARDNŞ Azərbaycanın şimalındakı magistral qaz kəmərində əsaslı təmir işləri aparacaq

Energetika Materials 25 Fevral 2013 13:33 (UTC +04:00)
Xaçmaz rayonunun Ləcət kəndi ərazisindəki qaz sızması ölkənin şimalında istehlakçıların qazla təchizatına təsir göstərməyib.
ARDNŞ Azərbaycanın şimalındakı magistral qaz kəmərində əsaslı təmir işləri aparacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.İsmayılov/

Xaçmaz rayonunun Ləcət kəndi ərazisindəki qaz sızması ölkənin şimalında istehlakçıların qazla təchizatına təsir göstərməyib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin (İB) Xaçmaz Qaz istismar sahəsinin baş mühəndisi Seyfulla Abbasov deyib.

Onun sözlərinə görə, qaz sızması gecə olub və ARDNŞ-nin Qaz İxrac İdarəsinin mütəxəssisləri, həmçinin İB-nin işçilərinin iştirakı ilə dərhal aradan qaldırılıb.

"Sızma gecə aradan qaldırılıb və Xaçmaz rayonu ərazisində qaz təchizatı ilə bağlı heç bir problem müşahidə edilmir", - Abbasov qeyd edib.

Onun sözlərinə görə, sızmanın aradan qaldırılması və istehlakçıları qaz ilə təchiz etmək üçün müvəqqəti tədbirlər görülüb, lakin yaxın vaxtlarda qaz sızmasının baş verdiyi yerdə əsaslı təmir işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti