...

ARDNŞ Gürcüstanda yeni qazdoldurma stansiyaları istismara verib

Energetika Materials 25 Fevral 2013 18:10 (UTC +04:00)
ARDNŞ Gürcüstanda daha iki qazdoldurma stansiyasını istismara verib.
ARDNŞ Gürcüstanda yeni qazdoldurma stansiyaları istismara verib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

ARDNŞ Gürcüstanda daha iki qazdoldurma stansiyasını istismara verib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, açılış mərasimində "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov, Argentinanın "Galileo" şirkətinin direktoru Osvaldo del Kompo iştirak ediblər. Tbilisinin Kaxetiya şosesində və Quramişvili küçəsində yerləşən yeni SOCAR qazdoldurma stansiyaları "Galileo" şirkətinin istehsalı olan son nəsil kompressor avadanlıqları ilə təchiz olunub. Bu avadanlıqlar qazın tez və təhlükəsiz şəraitdə doldurulmasını təmin edir. Yeni texnologiyalı kompressor üçün ayrıca bina tələb olunmur, çünki o, ən yeni yanğından mühafizə sistemi ilə təchiz olunmuş mikro-bokslarda yerləşdirilib.

Stansiyalarda əhaliyə avtomobilin salonunun təmizlənməsi, təkərlərdə təzyiqin tənzimlənməsi, avtomobilin su təminatı və s. xidmətlər təklif olunur. Kaxetiya şosesində yerləşən qazdoldurma stansiyasında istifadəyə verilmiş marketdə isə müştərilərə 24-saatlıq xidmət göstərilir.

Qeyd edək ki, ARDNŞ Gürcüstanın neft məhsulları bazarına 2006-cı ildə daxil olub və o vaxtdan etibarən liderliyini qoruyub saxlayır. Ölkənin ən böyük vergiödəyicisi statusuna malik olan şirkət fəaliyyətini istehlakçıların rahatlığının təmin olunması istiqamətində qurub. "SOCAR" brendi altında fəaliyyət göstərən 102 yanacaqdoldurma məntəqəsi yüksək keyfiyyətli və komfortlu xidmətlə fərqlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti