...

Bərdə və Balakən rayonlarının kəndlərinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 28 Fevral 2013 16:03 (UTC +04:00)
Bu gün Bərdə rayonunun Alaçadırlı və Balakən rayonunun Sarıbulaq kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Bərdə və Balakən rayonlarının kəndlərinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Bu gün Bərdə rayonunun Alaçadırlı və Balakən rayonunun Sarıbulaq kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirlərdə bildirilib ki, Bərdə rayonunun 278 abonentlik Alaçadırlı kəndinin qazlaşdırılması məqsədilə 14 min metr uzunluğunda müxtəlif diametrli borular çəkilib, 278 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Balakən rayonunun 520 abonenti olan Sarıbulaq kəndinin təbii qazla təminatı üçün isə ümumi uzunluğu 20 446,5 metr olan müxtəlif diametrli borulardan istifadə edilib, 520 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti