...

2013-cü ildə Azərbaycandan Rusiyaya ixrac olunacaq qazın həcmi açıqlandı

Energetika Materials 1 Mart 2013 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

2013-cü ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya 3 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu həcm daha əvvəl imzalanmış müqavilədə göstərilib və buna görə də sənəddə hər hansı əlavə və dəyişikliklər etməyə ehtiyac yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti