...

Füzuli rayonunun kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 5 Mart 2013 15:17 (UTC +04:00)
Bu gün Füzuli rayonunun Əhmədbəyli kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Füzuli rayonunun kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 5 mart /Trend/

Bu gün Füzuli rayonunun Əhmədbəyli kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə bildirilib ki, 381 abonenti olan Əhmədbəyli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 14 219 metr uzunluğunda müxtəlif diametrli polietilen, 11 869 metr uzunluğunda isə müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 381 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti