Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.İsmayılov/
"Xaçmaz" elektrik stansiyası bu ilin yanvar-fevral aylarında təqribən 55,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.
Məlumata görə, fevral ayında elektrik stansiyası təqribən 25,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Stansiya fəaliyyət göstərdiyi 6 il müddətində 2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib.