...

Azərbaycan neftinin qiymətləri: 25-29 mart həftəsinin yekunları

Energetika Materials 1 Aprel 2013 11:17 (UTC +04:00)
Ötən həftə,25-29 mart tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təqribən 111,34 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 25-29 mart həftəsinin yekunları

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

Ötən həftə, 25-29 mart tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təqribən 111,34 dollar/barel təşkil edib.

Trend-in məlumatına görə, 25-29 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 112,14, minimum isə 110,37 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

25-29 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 105,68 dollar/barel təşkil edib.

25-29 mart həftəsində URALS-ın qiyməti maksimum 106,46, minimum isə 104,81 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

25-29 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 107,2 dollar/barel təşkil edib.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 108,04 minimum isə 106,02 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti