...

Sumqayıt Təlim-Tədris Mərkəzində ilk məzunların buraxılış imtahanı keçirilib (FOTO)

Energetika Materials 1 Aprel 2013 18:04 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin Sumqayıt Təlim-Tədris Mərkə­zində (STTM) gənc mütəxəssis-fəhlələrin ilk buraxılış imtahanı olub.
Sumqayıt Təlim-Tədris Mərkəzində ilk məzunların buraxılış imtahanı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin Sumqayıt Təlim-Tədris Mərkə­zində (STTM) gənc mütəxəssis-fəhlələrin ilk buraxılış imtahanı olub. "Azəri­kim­ya" İstehsalat Birliyinin, ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsi rəhbər­li­yi­nin, həmçinin respublika mətbuatı nümayəndələrinin iştirakı ilə keçirilən imtahan zamanı səna­ye müəssisələri, o cümlədən kimya sənayesi üçün mühüm peşələrdən biri olan tornaçı ixtisası üzrə texniki peşə təhsili almış 12 nəfər gənc imtahan komissiyası qarşısında öz nə­zə­ri biliklərini və praktiki bacarıqlarını nümayiş etdirib.

Birlikdən Trend-ə verilən məlumata görə, imtahan başlamazdan əvvəl ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sum­­qayıt Təlim-Tədris Mərkəzinin pedaqoji kollektivi bu cür müasir texniki təlim-tədris ocağının yaradıldığı, gənclərin yüksək səviyyədə müxtəlif fəhlə ixtisaslarına yiyələnməsi üçün diqqət və qayğı göstərmiş ölkə Prezidentinə dərin minnətdarlıq ifadə edib. Məmnun­luqla bildirilib ki, ikimərtəbəli tədris korpusuna, ixtisaslaşmış auditoriyalara malik, peşə təhsili üzrə müasir tədris vasitələri və texniki ava­danlıqlarla - müxtəlif ixtisaslar üzrə maşın-mexanizmlər, qurğu və dəzgahlarla təchiz edil­miş STTM-də ötən ilin sentyabrında test imtahanı yolu ilə qəbul edilmiş 100 nəfər gənc müxtəlif fəhlə peşələri - aparatçı, tornaçı, maşinist, elektrik və qaz qaynaqçısı, nəzarət-ölçü cihazları üzrə çilingər və s. peşələr üzrə yüksək texniki təhsil almaq imkanı əldə ediblər.

Diqqətəlayiqdir ki, ixtisasdan asılı olaraq hər biri 6 və 10 ay davam edən kurslar zamanı gələcək mütəxəssislər STTM-in ixtisaslaşmış emalatxanaları ilə yanaşı "Azəri­kimya"nın müəssisələrində də istehsalat təlimi keçirlər.

Bu gün ARDNŞ-nin vitse-prezidentinin müşaviri Asif Şəfəqqətovun sədrlik etdiyi imtahan komissiyası, o cümlədən "Azərikimya" İB-nin baş mütəxəs­sisləri qarşısında peşə imtahanı verən tələbə-tornaçılar da yanvar-fevral aylarında Etilen-polietilen və Mexaniki-təmir zavodlarının, Təmir-tikinti İdarəsinin mexaniki sexlərində peşə­kar tornaçıların və STTM-in təlim ustalarının, həmçinin sex mütəxəssislərinin nəzarəti altın­da istehsalat təcrübəsində olub, müxtəlif təyinatlı torna dəzgahlarında peşə vərdişlərinə bacarıqla yiyələniblər. Bunu imtahanın nəticələri də təsdiq edib - STTM-in ilk məzun­ları müvafiq nəzəri bilik və praktik bacarıq nümayiş etdirərək, sabahın gənc torna­çıları kimi istehsalata vəsiqə alıblar.

Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov STTM-in rəhbərliyini və gənc tornaçıları ilk buraxılış münasibətilə təbrik edib, məzunlara gələcək əmək fəaliyyətlərində uğurlar arzula­yıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti