...

Azərbaycan Gürcüstanın qazlaşdırılmasını davam etdirəcək

Energetika Materials 2 Aprel 2013 18:01 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ildə Gürcüstanın qazlaşdırılmasını davam etdirəcək.
Azərbaycan Gürcüstanın qazlaşdırılmasını davam etdirəcək

Gürcüstan, Tbilisi, 2 aprel /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ildə Gürcüstanın qazlaşdırılmasını davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Bu il 30 min abonent qazla təmin olunacaq.

"Bizim üçün 24 saat keyfiyyətli qaz və elektrik təchizatı ilə yanaşı, qazlaşdırma və sayğacların quraşdırılması məsələləri çox vacibdir. ARDNŞ ilə razılığa gəlmişik, "Energo-Pro Georgia" isə 140 min abonent üçün fərdi sayğac quraşdıracaq", - Kaladze deyib.

Onun sözlərinə görə, bu il istehlakçıların təmin olunacağı sayğacların ümumi sayından 50 mini bu il, qalanları isə 2015-ci ilədək quraşdırılacaq.

Qeyd edək ki, "SOCAR Energy Georgia"nın törəmə müəssisəsi olan "SOCAR Georgia Gaz" 2012-ci ildə 39,5 min yeni abonenti qazla təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti