...

Prezidentin müşaviri: Rumıniya Azərbaycanın energetika sahəsində strateji tərəfdaşıdır

Energetika Materials 4 Aprel 2013 12:01 (UTC +04:00)
Rumıniya Azərbaycanın energetika sahəsində etibarlı tərəfdaşıdır.
Prezidentin müşaviri: Rumıniya Azərbaycanın energetika sahəsində strateji tərəfdaşıdır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbirlər E.Mehdiyev , E.Tariverdiyeva/

Rumıniya Azərbaycanın energetika sahəsində etibarlı tərəfdaşıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Rumıniya prezidentinin strateji məsələlər və beynəlxalq təhlükəsizlik üzrə müşaviri Yulian Çifu Bakıda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki ölkə digər sahələrdə də tərəfdaşlardır.

"Biz həmçinin, tikinti sahəsində də tərəfdaşıq və ticarət, nəqiliyyat, investisiya sahələrində çox yaxşı strateji əlaqələrə malikik", - Çifu bildirib.

Rumıniya Azərbaycanı NATO-nun Çikaqo sammiti daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda dəstəkləyib.

Çifunun sözlərinə görə, Rumıniya, həmçinin həlli yubanan münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti