...

Azərbaycan və Türkiyə Qara və Aralıq dənizlərində enerji layihələri həyata keçirə bilərlər

Energetika Materials 8 Aprel 2013 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə Qara və Aralıq dənizi regionlarında birgə enerji layihələri həyata keçirə bilərlər. Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Yıldız qeyd edib ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı iki ölkə və ya region daxilindəki layihələrlə məhdudlaşmamalıdır. Belə ki, hər iki dövlət üçüncü ölkələrdə uğurlu əməkdaşlıq üçün potensiala malikdirlər.

O bildirib ki, üçüncü ölkələrdə əməkdaşlıq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən təşəbbüslərin göstərilməsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti