...

Bakının bəzi rayonlarında qazın verilişi məhdudlaşdırılıb

Energetika Materials 9 Aprel 2013 10:48 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq, aprelin 9-da saat 09:00-dan 18:00-dək "Quba" Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 17:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəməri, saat 10:00-dan 18:00-dək isə "Ucar" Qazpaylayıcı Stansiyası və "30-cu sahə" Qazpaylayıcı Stansiyasında "Nizami ümumi" kollektorundan qidalanan "Nizami-Keşlə" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Bakının bəzi rayonlarında qazın verilişi məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 9 aprel/Trend, müxbir E. İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq, aprelin 9-da saat 09:00-dan 18:00-dək "Quba" Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 17:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəməri, saat 10:00-dan 18:00-dək isə "Ucar" Qazpaylayıcı Stansiyası və "30-cu sahə" Qazpaylayıcı Stansiyasında "Nizami ümumi" kollektorundan qidalanan "Nizami-Keşlə" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Bu barədə Trend çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin saytına istinadən məlumat verir.

Təmir işləri aparılan müddətdə Bakının Nizami, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə, eləcə də Quba və Ucar rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti