...

"Total" şirkəti "Abşeron" yatağından ilk qazın alınması tarixini açıqlayıb

Energetika Materials 10 Aprel 2013 13:01 (UTC +04:00)
"Total" şirkəti Azərbaycanın "Abşeron" yatağından ilk qazın 2020-ci ildə alınacağını gözlədiyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə şirkətin baş meneceri Kristian Cudiselli deyib.
"Total" şirkəti "Abşeron" yatağından ilk qazın alınması tarixini açıqlayıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E. İsmayılov/

"Total" şirkəti Azərbaycanın "Abşeron" yatağından ilk qazın 2020-ci ildə alınacağını gözlədiyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə şirkətin baş meneceri Kristian Cudiselli deyib.

Yataqda hasilat həcmlərinə məsələsinə toxunan Cudiselli qeyd edib ki, proqnozlara əsasən, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın illik həcmi 3-5 milyard kubmetr səviyyəsində nəzərdə tutulur.

Cudiselli deyib ki, hazırda hazırlıq işləri aparılır, xüsusilə sualtı infrastrukturun yaradılması məsələsi, quyuların qazılması üçün qazma qurğularının cəlb edilməsi və digər məsələlər nəzərdən keçirilir.

Qeyd edək ki, yatağın potensial ehtiyatı 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti