...

Azərbaycan neftinin qiymətləri aprelin 10-da artıb

Energetika Materials 11 Aprel 2013 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 10-da 108,15 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı Trend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 0,76 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 10-da 107,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 10-da 103,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 10-da 104,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti