...

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Energetika Materials 12 Aprel 2013 19:12 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin mart ayında dövlət büdcəsinə 119 milyon 476 min manat vəsait ödəyib.
ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin mart ayında dövlət büdcəsinə 119 milyon 476 min manat vəsait ödəyib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-mart aylarında büdcəyə 385 milyon 992 min manat ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon 570 min manat və ya 119,7 faiz çox olub.

Bundan əlavə, cari ilin mart ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 822 min manat vəsait köçürüb ki, bu da ötən ilin mart ayına nisbətən 940 min manat və ya 107,9 faiz çox olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-mart aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 36 milyon 989 min manat təşkil edib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 389 min manat və ya 103,9 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti