...

ARDNŞ mezozoy çöküntülərinin işlənməsinin mümkün tarixini açıqlayıb

Energetika Materials 13 Aprel 2013 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 4-5 il ərzində quruda mezozoy çöküntülərinin işlənməsinə başlaya bilər. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, hazırda "ConocoPhilips" şirkəti bununla əlaqədar tədqiqat aparır.

Yusifzadə qeyd edib ki, tədqiqatların yekunları üzrə müsbət nəticələr əldə edilərsə, quruda mezozoy çöküntülərinin işlənməsinə başlamaq prosesi dəniz yataqlarındakına nisbətən daha az vaxt aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti