...

Azərbaycan neftinin qiymətləri: 8-12 aprel həftəsinin yekunları

Energetika Materials 15 Aprel 2013 16:14 (UTC +04:00)
Ötən həftə, 8-12 aprel tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 106,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,79 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 8-12 aprel həftəsinin yekunları

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.İsmayılov/

Ötən həftə, 8-12 aprel tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 106,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,79 dollar azdır.

Trend-in məlumatına görə, 8-12 aprel həftəsində AZERI LT-nin qiyməti maksimum 108,15, minimum isə 103,86 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

8-12 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 101,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən təqribən 3,25 dollar azdır.

8-12 aprel həftəsində URALS-ın qiyməti maksimum 103,41, minimum isə 99,41 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

8-12 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti 103,18 dollar/barel təşkil edib ki, əvvəlki həftənin göstəricisindən 3,58 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 104,66, minimum isə 100,72 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti