Azərbaycan, Bakı, 15 aprel /Trend/
"Neft Daşları" yatağındakı 2521 nömrəli özüldən 2525 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qala Lay Dəstəsinə qazılmış quyu 1428-1421 metr intervaldan sutkada 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.